Şərurda ər arvadına balta ilə xəsarət yetirib

Şərur rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Çomaxtur kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Elçin Qasım oğlu həyat yoldaşı 1976-cı il təvəllüdlü Qasımova Məharət Allahverdi qızına balta ilə xəsarət yetirib.

Müxtəlif bədən xəsarətləri alan M.Qasımova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir