Zaxarova: Ermənistana qardaş dəstəyi bundan sonra da davam edəcək

ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək.

 

Azinformasiya.az  RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur:

“O’Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər ABŞ tərəfinə xas olan geosiyasi manevrlərdən biridir. Başlıca məqsəd dünya ictimaiyyətində Vaşinqtona xas olan “reallıq” barədə təsəvvür yaratmaqdır. ABŞ-nin ölkəmizlə Ermənistan arasındakı əlaqələri məruz qoyduğu sınaqlar uğursuzluqla nəticələnir. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir