Böyük Britaniya xarici işlər naziri Devid Lemmi və İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı əsnasında nazirlər regiondakı son vəziyyəti müzakirə ediblər.
İran XİN başçısı İsraili regionda qeyr-sabitlik yaratmaqda ittiham edib.
Azinformasiya.az