KİV: Netanyahu Qallantı istefaya göndərmək istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantı istefaya göndərməyi düşünür.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.

Bildirilir ki, buna səbəb “Likud” partiyası daxilindəki narazılıqların daha da kəskinləşməsidir.

İddialara əsasən, hətta hökumət rəhbəri onun yerinə namizəd də tapıb. B.Netanyahunun fikrincə, bu vəzifəni istefada olan general Qabi Aşkinazi icra etməlidir.

Qeyd edək ki, 40 ildən çoxdur orduda xidmət edən 70 yaşlı Q.Aşkinazi 2007-2011-ci illərdə Baş Qərargah rəisi olub. 2020-2021-ci ilədək isə xarici işlər naziri işləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir