İran və “Hizbullah”ın İsrailə gözlənilən hücumu ilə bağlı artan gərginlik fonunda müdafiə naziri Yoav Qallant İsrail Hərbi Hava Qüvvələrinin Təl-Əvivdə İDF qərargahındakı yeraltı komandanlıq mərkəzinə baş çəkib.
Azinformasiya.az “Times of Israel”ə istinadən xəbər verir ki, İsrail müdafiə naziri təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirə aparıb.
“Son bir ildə nümayiş etdirdiyiniz bacarıqlar sayəsində düşmənlərimiz öz addımlarını diqqətlə nəzərdən keçirir. Bununla belə, biz bütün imkanlara, habelə hücuma sürətli keçidə hazır olmalıyıq”, – Qallant bildirib.
İsrail Müdafiə Nazirliyi bildirib ki, Qallant “təhlükəsizliyin inkişafı fonunda” İsrail hava qüvvələrinin hazırlığını, həmçinin “bütün döyüş sektorlarında hücum hərəkəti imkanlarını” müşahidə edib.
Azinformasiya.az