G7 XİN başçıları Yaxın Şərqdəki gərgin vəziyyətdən narahat olduqlarını bildirib

G7 ölkələri Yaxın Şərqdə artan gərgin vəziyyətdən narahatlığını ifadə edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb.

“Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi regionda daha geniş münaqişəni alovlandırmaq təhlükəsi daşıyan Yaxın Şərqdə gərginliyin artması ilə bağlı dərin narahatlığımızı ifadə edirik”.

XİN başçıları bütün tərəfləri zorakılıqdan çəkinməyə, gərginliyi azaltmağa və de-eskalasiya istiqamətində konstruktiv şəkildə işləməyə çağırıb.

G7 XİN başçıları vurğulayıb ki, Yaxın Şərqdə eskalsiyanın daha da artması heç bir ölkəyə fayda verməyəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir