Ukrayna prezidenti Vladimir Zelenski Kiyev vilayətindəki Vasilkov aerodromundan F-16-ların videosunu yayımlayıb.
Azinformasiya.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski F-16 qırıcılarının respublika ərazisinə gəldiyini video görüntülərlə təsdiqləyib.
Onun sözlərinə əsasən, ukraynalı pilotlar artıq texnikadan istifadə etməyə başlayıblar.
“F-16-lar Ukraynadadır. Biz bunu təmin etdik”, – deyə Zelenski bildirib. O, eyni zamanda ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın döyüş təyyarələrinin verilməsi xahişini qəbul etdiklərinə görə təşəkkür edib.
İlk Ukrayna F-16 qırıcıları qısa və orta mənzilli hava-hava raketləri ilə təchiz edilib. Təyyarələr pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə istifadə olunacaq.
Azinformasiya.az