Ağstafa sakini bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Huseyn Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, gəncin vəziyyətinin kafi olduğu bildirilir. Sözügedən şəxs 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir