Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürülmək üçün lazımi sayda səs toplayıb.

 

Azinformasiya.az  xəbər verir ki, Harris rəsmi olaraq Demokratlar Partiyasının Milli Komitəsinin prezidentliyə namizədi olmaq üçün lazımi sayda nümayəndələrin səsini toplayıb.

Bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında deyib.

“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatanda Demokratların namizədi olacaq”, – deyə o bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir