Azərbaycan XİN: Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsi zəruridir

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə XİN-in paylaşımında bildirilib.

Qeyd edilib ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”, – məlumatda qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir