“Hizbullah” lideri İsraili hədələyib

“Hizbullah”ın baş katibi Həsən Nəsrullah HAMAS lideri İsmayıl Haniyə və “Hizbullah” komandiri Fuad Şükrün öldürülməsindən sonra İsraillə münaqişədə “yeni mərhələ” elan edib.

 

Azinformasiya.az  xəbər verir ki, Nəsrullah “düşmən qisas üçün gözləməlidir”, deyə xəbərdarlıq edib.

“İran qonaq olan Haniyənin öldürülməsini öz şərəf və ləyaqətinə hücum hesab edir. Xameneinin Haniyənin öldürülməsindən sonrakı sözləri İranın Dəməşqdəki konsulluğuna hücumdan sonrakı sözlərindən daha sərtdir. Çünki bu, İranın daxilində hücum idi, Xamenei bunu şərəf məsələsi hesab edir”, – deyə Həsən Nəsrullah bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir