İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin qətli, həmçinin İsrailin Beyruta endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədrinə göndərilən məktubda deyilir.
“İran BMT Təhlükəsizlik Şurasını İsrail rejiminin İranın suverenliyə və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi təcavüzünü və terror hücumlarını, həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünə qarşı son hücumlarını qeydsiz-şərtsiz pisləməyə çağırır. İsrailin İranda və bölgədə törətdiyi təcavüz və terror hücumlarına cavab vermək üçün fövqəladə iclas keçirməyə çağırıb”, – deyə məktubda yazılıb.
Azinformasiya.az