ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ müdafiə naziri Lloyd Ostin və İsrail müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

 

Azinformasiya.az  İsrail mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı İsrail müdafiə naziri ölkəsinin girovların azad edilməsi üçün razılaşma əldə etməyə çalışdığını vurğulayıb.

Müdafiə naziri Yoav Qallant ABş müdafiə nazirini “Hizbullah”ın komandirinin öldürülməsi ilə nəticələnən əməliyyat barəsində məlumatlandırıb.

“Nazir Qallant vurğulayıb ki, İsrail müharibəyə can atmır: bununla belə, İsrail ordusu öz vətəndaşlarını müdafiə etməyə və “Hizbullah”ın istənilən hücumuna cavab verməyə hazırdır”, – İsrail Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib.

İsrail müdafiə naziri onun ölkəsinə verdiyi dəstəyə və müharibə zamanı ABŞ və İsrail arasındakı münasibətlərindəki roluna görə Lloyd Ostinə təşəkkür edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir