Ukrayna Çinin XİN rəhbərini Kiyevə dəvət edib

Ukrayna hökuməti Çinin xarici işlər naziri Vanq İni Kiyevə dəvət edib.

 

Azinformasiya.az  Ukrayna mətbuatına istinadən xəbər verir ki, barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında deyib.

O bildirib ki, Pekin bu təklifdə “maraqlı olduğunu” bildirib.
“Rusiyanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözləri ilə görmək və bir sıra ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə daha dərin ikitərəfli danışıqlar aparmaq üçün nazir Van İni Ukraynada salamlamağa hazırıq”, – Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tıxyi deyib.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ötən həftə Çinə səfər edib və çinli həmkarı ilə görüşüb. Tərəflər arasında görüş üç saatdan artıq davam edib.

Çin müharibədə neytral mövqe tutduğunu bəyan edir, ancaq 2022-ci ildə Rusiya ilə “məhdudiyyətsiz” tərəfdaşlıq elan edib və bu ilin may ayında prezident Vladimir Putin Pekində səfərdə olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir