Rusiya-Ukrayna danışıqları üçün əlverişli vaxt gəlib çatıb, ancaq bu, Ukraynanın güzəştə gedəcəyi anlamına gəlmir.
Azinformasiya.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
O bildirib ki, hazırda Ukrayna tərəfi cari ilin may ayı ilə müqayisədə daha güclü mövqeyə malikdir:
“Bu ölkə ehtiyac duyulan silah-sursat və maliyyə vəsaiti ilə təmin olunur. Hazırda vəziyyət yaz aylarındakı kimi mürəkkəb deyil. Rusiya cəbhədə dayanıb, itkiləri isə artmaqdadır. Vladimir Putin elə bilirdi ki, Qərb müharibədən yorulacaq və ya ABŞ-dəki prezident seçkilərinin nəticəsini gözləyəcək, ancaq o yanıldı”.
Azinformasiya.az