Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub

ABŞ prezidentliyinə namizəd Kamala Harris avqustun əvvəlində vitse-prezident postuna namizədini elan edəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məsələni bilən Demokrat mənbə CNN-ə açıqlaması zamanı “Harris kiminlə işləmək ona rahatdırsa onu seçəcək” deyərək Harrisin əvvəllər bu sahədə qabaqcıl hesab edilən namizədlərə meyl etmədiyini bildirib.

CNN qeyd edir ki, aparıcı namizədlər siyahısına Şimali Karolina qubernatoru Roy Kuper, Pensilvaniya qubernatoru Coşua Şapiro və Arizona senatoru Mark Kelli daxil olmaqda davam edir.

Həmçinin Harrislə yaxşı münasibətdə olan nəqliyyat naziri Pit Butticig, eləcə də Kentukki və Minnesota qubernatorları Endi Bəşir və Tim Uolz da istisna edilmir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir