Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır.
Azinformasiya.az xəbər verir ki, buna səbəb Fransa-2 telekanalının aparıcılarının canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı dedikləri olub:
“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”, – deyə aparıcı canlı yayımda bildirib.
Azinformasiya.az