Növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

Seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir