İrəvan Türkiyədə “3+3” formatında görüşdə iştirakla bağlı hələ qərar verməyib

İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında görüşündə iştirakla bağlı hələ qərar verməyib.

 

Azinformasiya.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani “3+3” formatında növbəti görüşün yaxın vaxtlarda Türkiyədə baş tutacağını deyib.

“3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə Nazirlikdən bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir