Bakıda 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb

Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb.

Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən 2 saat müddətində əməliyyat edib.

Bundan sonra F. Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir