Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub, onun kimliyi açıqlanıb

Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir Moskvada avtomobili partlatmaqda şübhəli bilinən şəxsin Bodrumda tutulduğunu deyib.

Ali Yerlikaya tutulan şəxsin kimliyini də açıqlayıb.

“Bu gün İnterpolun Rusiya bölməsindən İnterpolun Türkiyə bölməsinə müraciət olunub. Bildirilib ki, Rusiya vətəndaşı Yevgeni Serebryakov adlı şəxs Moskvada terror aktı törədərək, avtomobili partladıb. Partlayış nəticəsində iki nəfər yaralanıb.

Rusiya tərəfi bildirib ki, avtomobilə partlayıcı qurğu yerləşdirən şəxs Moskva-Bodrum təyyarəsi ilə bizim ölkəmizə gəlib. Həmin şəxs polis tərəfindən Bodrumda tutulub”, – deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Rusiya paytaxtının Sinyavinskaya küçəsində yaşayış binasının qarşısında avtomobil partlayıb. Partlayış nəticəsində iki nəfər yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov avtomobilə partlayıcı qurğu yerləşdirən şəxsin Türkiyəyə qaçdığını açıqlamışdı.

Xidmət rəhbəri həmin şəxsin tutulması üçün Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə iş aparıldığını demişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir