Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılıb

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, indiyə qədər üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi.
Qanuna əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir