Xaçmazda ağır yol- nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Yalama kəndi istiqamətində baş verib.
“Mercedes” markalı avtomobil mopedi arxadan vurub, nəticədə mopedin sürücüsü 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az