Siyarto: Brüsseldəki bürokratlar Gürcüstanın Aİ-yə qoşulmasını mümkünsüz etmək istəyir

Müharibəyönümlü siyasətçilər Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulmasını mümkünsüz etmək istəyirlər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

“Avropa İttifaqı (Aİ) Gürcüstanın ona qoşulmaq istəməsinə sevinməlidir və Brüssel Gürcüstanın mümkün qədər tez böyük Avropa ailəsinin üzvü olması üçün hər şeyi etməlidir. Biz isə görürük ki, müharibə tərəfdarı olan siyasətçilər və Brüsseldəki bürokratlar Gürcüstanın Avropaya uğurla inteqrasiya etməsini mümkünsüz etmək istəyirlər”, – nazir bildirib.

Siyarto Gürcüstan hökumətinin xarici təsirə və təbliğata qarşı uğurlu müqavimət göstərdiyini, Buna görə də Brüssel tərəfindən cəzalandırıldığını əlavə edib.

“Gürcüstanın ailələri, ənənəvi ailə modelini mühafizə edən hökuməti var və bununla bağlı qanun qəbul edilib. Ona görə də Brüssel siyasi və maliyyə cərimələri tətbiq edib. Brüssel öz mahnısına rəqs etməyənləri, müharibəyə və gender təbliğatına qarşı olanları sevmir”, – Siyarto vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir