Sumqayıtda avtomobil mağazaya çırpılıb, 1 nəfər xəsarət alıb

Sumqayıtda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda, Zülfü Hacıyev küçəsində baş verib. İdarəetmədən çıxan “Mercedes” markalı avtomobil gül dükanına çırpılıb. Nəticədə 1 nəfər ağır xəsarət alıb.

Xəsarət alan şəxs Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir