Suraxanıda 5 otaqlı ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları, 3 otağının tavanı 70 m² sahədə və yaxınlıqda həyətyanı sahədə 3 ton ot bağlaması yanıb.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir