NATO-nun Ukraynadakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

NATO-nun Ukraynadakı Nümayəndəliyinə yeni rəhbər təyin edilib.

 

Azinformasiya.az  xəbər verir ki bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş katib Yens Stoltenberq NATO-nun Ukraynadakı Nümayəndəliyinin (NRU) rəhbəri postuna Patrik Törneri təyin edib.

Patrik Törner 2024-cü ilin sentyabrından Kiyevdə vəzifəyə başlayacaq. O, əvvəllər NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisi və baş katibin müdafiə siyasəti və planlaşdırılması üzrə köməkçisi, həmçinin Böyük Britaniyada bir sıra yüksək dövlət qulluğu vəzifələrində çalışıb.

Qeyd olunub ki, Patrik Törner NATO-nun səylərini əlaqələndirəcək və Alyansa Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmə və hesabatlar təqdim edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir