Ağdamda avtomobil yanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.
Rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı, 10 NS 315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub, yanğın söndürüıüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Azinformasiya.az