Gəncə sakini Samuxda bıçaqlanıb

Samuxda bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun ərazisində baş verib.

Samux rayon sakini 2000-ci il təvəllüdlü Taleh Məhərrəmov xuliqanlıq zəminində Gəncə şəhər sakini E. İbrahimova bıçaq xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi olaraq qiymətləndirilir. Hadisəni törədən Taleh Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir