Makron: ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının başlıca əleyhdarlarıdır

ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının başlıca əleyhdarlarıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron alyansın 75-ci ildönümü münasibətilə keçirilən sammitindən öncə açıqlamasında deyib.

O, ABŞ və Almaniyanın Ukraynanın alyansa qoşulmağa dəvət edilməsinin şiddətlə əleyhinə olduğunu vurğulayıb.

“Nəticə olaraq, Ukraynanın NATO-ya qoşulmağa dəvət edilməsi müttəfiqlərin qərarı olacaq”, – Fransa lideri deyib.

Makron, həmçinin NATO-nun Litvada keçirilən sonuncu sammitində Ukraynanın alyansa dəvət edilməməsinin ukraynalıların üzvlüklə bağlı ümidlərinə zərbə vurduğunu, Vaşinqton sammitinin ssenarisinin də eyni olacağı qənaətində olduğunu qeyd edib.

“Ukraynalılar qapı açıq olduğu, ancaq o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər qəzəbləndilər. Məncə, Vaşinqton sammitinin ssenarisi də eynidir”, – deyə Makron vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir