Ərdoğan Məsud Pezeşkianla regional məsələləri müzakirə edib

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

 

Azinformasiya.az  TRT Haber-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə-İran əlaqələrinin bundan sonra da hər sahədə inkişaf edəcəyinə inamını ifadə edib.

Türkiyə prezidenti Məsud Pezeşkianı seçkilərdə qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir