Macarıstan Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilməz.
Azinformasiya.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə əsasən, bu missiyanı üzərinə yalnız ABŞ, Çin və Avropa İttifaqı götürə bilər.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Ukraynaya səfər edib. Daha sonra Rusiyada səfərdə olub.
Azinformasiya.az