Naxçıvanda yol qəzası olub, 1 nəfər yaralanıb

Naxçıvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Qəza nəticəsində “Toyota Land Cruiser Prado” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub.

Hadisə zamanı sürücülərdən biri – Naxçıvan şəhər sakini Alışov Nəriman Zamiq oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir