Rusiya Prezidenti Vladimir Putin Macarıstan Baş naziri Viktor Orban vasitəsilə ABŞ Prezidenti Co Baydenə və ya NATO ölkələrinə heç bir mesaj ötürməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Orban Ukrayna məsələsində fikir ayrılıqlarının mahiyyətini anlamağa çalışır, Moskva bunu yüksək qiymətləndirir.
Qeyd edək ki, Macarıstanın Baş naziri səhər saatlarında Pekindən NATO sammitinin keçiriləcəyi Vaşinqtona yola düşüb.
Azinformasiya.az