Bakıda yaşayış binasının 1-ci mərtəbəsində obyektdə yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan obyektin içərisində 2 ədəd məişət avadanlığı yanıb.

 

Azinformasiya.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir