Rişi Sunak parlament seçkisində məğlubiyyətini etiraf edib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak leyboristlərin iyulun 4-də keçirilən parlament seçkisində məğlubiyyətini etiraf edib.

 

Azinformasiya.az  BBC-yə istinadən xəbər verir ki, mühafizəkarların seçki fiaskosuna görə məsuliyyəti üzərinə götürən R.Sunak leyboristlərin lideri Kir Stramerlə əlaqə saxlayaraq, ona təbriklərini çatdırıb.

O, qərarı Böyük Britaniya xalqının verdiyini və səhvlərdən nəticə çıxarılmalı olduğunu deyib.

Öz növbəsində leyboristlərin lideri Kir Starmer qələbəni böyük dəyişikliklərin başlanğıcı adlandırıb.

İlkin ehtimala əsasən, leyboristlər parlamentdə 170, mühafizəkarlar isə 119 yerə sahib olub.

Krallığın xarici işlər naziri Ceyms Kleverli də məğlubiyyəti şərh edib.

O qeyd edib ki, əldə olunan nəticələr xalqın islahat yolunu seçdiyinə işarədir: “Bundan əvvəlki seçkidə bizim partiyanı dəstəkləyənlər bu dəfə islahatları dəstəklədiyini göstərdi. Biz isə artıq xalqın dəstəyini hansı yolla yenidən qazanmağın mümkünlüyü barədə düşünməliyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir