Lukaşenko: NATO Belarusu müharibəyə sürükləmək istəyir

NATO Ukraynadakı müharibəni dayandırmaq istəmir və Belarusu döyüşlərə sürükləmək istəyir.

 

Azinformasiya.az “BELTA”-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Gününə həsr olunmuş təntənəli iclasda bildirib.

“Mən sizə zəmanət verirəm ki, biz Ukrayna ilə sərhəddə heç bir toqquşmaya imkan verməyəcəyik. NATO Ukraynadakı müharibəni dayandırmaq istəmir və Belarusu döyüşlərə sürükləmək istəyir. Ancaq biz buna imkan verməyəcəyik”, – Belarus lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir