Viktor Orban 12 illik fasilədən sonra Kiyevə gedib

Macarıstanın Baş naziri Viktor Orban 2012-ci ildən sonra ilk dəfə bu gün səhər saatlarında Kiyevə gedib.

 

Azinformasiya.az “Ukrainskaya Pravda“ya istinadən xəbər verir ki, o, ilk olaraq ölkəsinin Ukrayna paytaxtındakı səfirliyinə baş çəkib.

Səfər zamanı Baş nazirin Prezident Vladimir Zelenski, həmçinin yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Onlar arasındakı sonuncu görüş ötən həftənin son günlərində Avropa İttifaqının Brüssel sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir