ABŞ dövlət katibinin köməkçisi: Rusiya, ya da Çin vasitəsilə ixraca alternativ üçün Azərbaycanla işləməyə ehtiyac var

Sülhə nail olmaq yalnız Azərbaycanın məsələsi deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

ABŞ dövlət katibinin köməkçisi qeyd edib ki, bu, həm də bütövlükdə region və Mərkəzi Asiya üçün bir məsələdir:

“Bütün bu ölkələr dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var. Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir