Silahlı qüvvələr günündə Xaçmaz rayonunun mərkəzində dövlət bayrağının aşağı endirilməsi qəbuledilməzdir

Xaçmaz rayonunun mərkəzində dövlət bayrağı Silahlı qüvvələr günündə aşağı endirilib.

 

Azinformasiya.az  xəbər verir ki, Xaçmaz rayonunun mərkəzində dövlət bayrağı Silahlı qüvvələr günündə aşağı endirilib. Belə bir əlamətdar gündə dövlət bayrağı aşağı endirilməməlidir, əksinə ən yüksəyə qaldırılmalıdır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu məsələyə niyə biganə yanaşır? Bu cür dövlət səviyyəsində olan əlamətdar bir gündə bayrağımızın aşağı endirilməsi nə deməkdir? Silahlı qüvvələr günündə Xaçmaz rayonunun mərkəzində bayrağımızın aşağı endirilməsi qəbuledilməzdir.

Ümid edirik ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu məsələ ilə bağlı bir tədbir görəcək.

 

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir