Mark Rutte NATO-nun yeni Baş katibi seçilib

Bu gün Şimali Atlantika Şurası Niderland Baş naziri Mark Rutteni Yens Stoltenberqin yerinə NATO-nun növbəti Baş katibi təyin etmək qərarı verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

“Cənab Rutte 2024-cü il oktyabrın 1-dən, cənab Stoltenberqin Alyansın rəhbərliyində on illik səlahiyyət müddəti başa çatdıqdan sonra Baş katib kimi öz səlahiyyətlərini icra etməyə başlayacaq”, – məlumatda deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir