Azərbaycanla Ermənistan əsir mübadiləsi aparıblar

Azərbaycan ilə Ermənistan növbəti dəfə qarşılqlı olaraq əsirləri təhvil veriblər.

Azinformasiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.

Onun dediyinə görə, Ermənistanda əsir saxlanılan iki azərbaycanlı və Azərbaycanda saxlanılan dörd erməni müvafiq olaraq qarşı tərəfə təhvil verilib. Həmin şəxslər Rusiya təyyarələri vasitəsilə daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir