Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir