Bakı Quba yolunda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər ölüb

Bakı Quba yolunda ölümlə nəticələnən avtoqəza olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə “Yaşma bağları” adlanan ərazidən keçən hissədə baş verib.

Hadisə nəticəsində minik maşınında olan sərnişin 1971-ci il təvəllüdlü Lalə Abuəli qızı Hüseynli hadisə yerində ölüb.

Sürücü və maşında olan digər sərnişin Mina Asianova və Könül Babayeva müxtəlif dərəcəli xəsarətlərlə Sumqayıt şəhər xəstaxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir