Rusiya nüvə doktrinasında mümkün dəyişiklikləri istisna etmir.
Azinformasiya.az ”RT” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Biz bu nüvə doktrinasında strategiyaların nəyini və necə dəyişdirilə biləcəyini düşünürük. Bu, yeni dəyişikliklərin meydana çıxması ilə əlaqədardır. Hər halda, potensial düşmənin bunun üzərində işlədiyini bilirik”, – Rusiya lideri qeyd edib.
Putinin sözlərinə əsasən, söhbət nüvə silahından istifadə həddinin aşağı salınmasından gedir.
Azinformasiya.az