XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım edib.

 

Azinformasiya.az  xəbər verir ki, paylaşımda deyilir:

“Ümumdünya Qaçqınlar Günündə biz azərbaycanlı qaçqınların gücünə və cəsarətinə hörmətlə yanaşır və onların öz evinə ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüququna malik olduğunu qeyd edirik. Azərbaycan qaçqınlarını atdıqları hər addımda qoruyur, dəstəkləyir və onların təhlükəsiz və inklüziv gələcəyə olan ümidlərini bölüşür”, – paylaşımda deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir