Stoltenberq Moskva ilə Pxenyan arasında imzalanan müqaviləni şərh edib

Moskva-Pxenyan müdafiə paktı avtoritar rejimlərin əməkdaşlığının gücləndiyini göstərir.

 

Azinformasiya.az “Voice of America” istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kanadaya səfəri zamanı deyib.

O xatırladıb ki, İran, Çin və Şimali Koreya Ukrayna müharibəsində Rusiyaya hərtərəfli hərbi dəstək göstərir:

“Biz anlamalıyıq ki, zaman keçdikcə avtoritar rejimlər daha da sıx birləşir və bir-birinə güclü dəstək verir. Rusiyanın Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığının güclənməsi NATO ilə burada yerləşən dövlətlər arasında əlaqələrin inkişafının vacibliyini ortaya qoyur. Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın NATO-nun iyulda keçiriləcək sammitinə dəvət olunması da məhz bununla əlaqədardır” – deyə, Y. Stoltenberq vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir