Çexiyada silah anbarı partlayıb, xəsarət alanlar var

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış olub.

 

Azinformasiya.az  “Novinky” xəbər portalına istinadən xəbər verir ki, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

Həmçinin qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir