Netanyahu İsraildə fövqəladə hərbi kabineti buraxıb

İsrailin Baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib.

 

Azinformasiya.az “Times of Israel”ə istinadən xəbər verir ki, o bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.

Ehtimal olunur ki, hökumət başçısı sözü gedən hərbi kabineti daha geniş tərkibdə yenidən formalaşdıracaq.

Qeyd edək ki, bu struktur keçən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir