Yermak: Rusiya Ukraynada sülh üzrə ikinci sammitə dəvət oluna bilər

Rusiya bizim ərazi bütövlüyümüzü tanısa, Ukraynada sülh üzrə ikinci sammitə dəvət oluna bilər.

 

Azinformasiya.az “novini” saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Sülh Sammitindən əvvəl jurnalistlərə bildirib.

O deyib ki, ölkəsinin şərti yerinə yetirilərsə, rəsmi Moskva ilə sülh danışıqları aparıla bilər: “Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsində güzəştdən söhbət gedə bilməz. Biz bu planı Rusiyanın nümayəndəsinə də təqdim etmək üçün fürsət axtarırıq. Hesab edirik ki, bu, ikinci sammitdə baş verə bilər” – deyə, A. Yermak fikirlərini yekunlaşdırıb.

Sülh Sammitinin açılışını Ukrayna prezidenti Vladimir Zelenski edib. V. Zelenskinin sözlərinə əsasən, Rusiyadan fərqli olaraq, ölkəsi heç vaxt müharibə istəməyib: “İstənilən halda sülh müharibədən daha güclüdür. Sülh formulu, dünyada çoxluğun sülh uğrunda birləşməsi kimi tezislər məqsədlərizin effektivliyini, eləcə də BMT-nin prinsipləri və statusunun artırılmasına xidmət edir”.

İsveçrənin prezidenti Viola Amherd isə tədbir çərçivəsində sülh danışıqlarının aparılmasının mümkün olmadığını deyib: “Biz sadəcə Ukraynada uzunmüddətli və ədalətli sülh prosesinin başlanmasını istəyirik” – deyə, o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir